AZ

Uçaq qidasından qurd çıxması ilə bağlı AÇIQLAMA VERİLDİ

Ajans.az xəbər verir ki, məsələ ilə bağlı "Baku Kids Company" MMC şirkəti münasibət bildirib. ""Baku Kids Company" MMC şirkəti olaraq bildirir ki, sözügedən iddialar həqiqəti əks etdirmir. “Humana” brendinə məxsus körpə qidaları beynəlxalq standartlara uyğun şəkildə, tam hermetik və vakumlu qablaşdırmada istehsal olunur. Qeyd edək ki, vakumla paketlənmiş məhsulun daxilində hər hansı canlı orqanizmin yaranması və ya inkişaf etməsi təbiət baxımdan mümkün deyil. Eyni zamanda, təqdim olunan videomaterialda qablaşdırmanın açılma anı əks olunmur və bu, məhsulun əvvəlcədən istifadə edilmiş ola biləcəyini göstərir.
Diqqətinizə çatdırırıq ki, süd tərkibli məhsulların xüsusiyyətləri nəzərə alındıqda, hər hansı xarici təsir və ya keyfiyyət pozuntusu baş verdiyi halda məhsulun strukturunda – rəng və konsistensiyada dəyişikliklər müşahidə olunmalıdır. Yayılan videomaterialda isə bu cür əlamətlər qeydə alınmır. Məhsulun üzərindəki son istifadə tarixinin dəyişdirilməsi ilə bağlı səsləndirilən iddiaların isə heç bir əsası yoxdur və bu cür müdaxilə istehsal və təchizat zəncirində həm texniki, həm də normativ tələblər baxımından istisna edilir. Həmçinin bildiririk ki, məhsul açıldıqdan sonra ev şəraitində düzgün saxlanılmadığı hallarda kənar təsirlər nəticəsində bu kimi hallar yarana bilər. "Baku Kids Company" MMC olaraq bildiririk ki, təqdim olunan görüntülər və iddialar reallığı əks etdirmir və ictimaiyyətdə əsassız narahatlıq yaratmağa xidmət edir. Şirkət öz işgüzar nüfuzunu qorumaq hüququnu özündə saxlayır və bu istiqamətdə mövcud qanunvericiliyə uyğun olaraq müvafiq məsələlərin hüquqi müstəvidə həlli üçün müraciət edəcək".-deyə, Baku Kids Company" MMC-dən bildirilib.

Bizi Telegram-da izləyin

Seçilən
12
2
Ajans.az

4Mənbələr