AZ

Böyük Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş açıq dərs keçirilib

Sherg.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Qazi Universitetində fəaliyyət göstərən Azərbaycan Türkcəsi Tədris Ocağında növbəti maarifləndirici açıq dərs təşkil olunub.

Mərkəzdən verilən məlumata görə, açıq dərs Azərbaycan mədəniyyətinin və dilinin təbliği istiqamətində keçirilən tədbirlər çərçivəsində baş tutub.

Açıq dərsdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təhmina Bədəlova “Orta əsrlər Azərbaycan bədii və fəlsəfi fikrinin zirvəsi: Nizami Gəncəvi” mövzusunda mühazirə ilə çıxış edib.

Dərs zamanı dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin zəngin ədəbi irsi, onun dünya ədəbiyyatındakı mövqeyi, humanist və fəlsəfi ideyaları geniş şəkildə təhlil olunub.

Azərbaycan dili kursunun tələbələrinə böyük şairin əsərlərində əks olunan əxlaqi dəyərlər, insan və cəmiyyət münasibətləri barədə ətraflı məlumat verilib.

Sonda dosent Təhmina Bədəlova mövzu ilə bağlı tələbələrin suallarını ətraflı şəkildə cavablandırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
sherg.az

1Mənbələr