AZ

Böyük Britaniyada maliyyə sıxıntısı artır

Yeni bir araşdırma sorğusu Böyük Britaniyada insanların böyük bir hissəsinin artan qiymətlər və maliyyə təzyiqləri ilə mübarizə apardığını göstərib.

“The İndependent” nəşrinin məlumatına əsasən, sorğunun nəticələrinə görə, insanların 66 faizi gələcək iqtisadi vəziyyətdən narahatdır, 31 faiz artıq qida və istilik kimi əsas xərcləri azaltmağa başlayıb. Əhalinin təxminən 38 faizi isə ötən illə müqayisədə maliyyə vəziyyətinin pisləşdiyini deyir.

Məlum olub ki, ev təsərrüfatları gündəlik xərcləri qarşılamaq üçün çətinlik çəkir. Belə ki, insanların 25 faizi öz yığımlarını xərcləyib, 16 faizi ailə və ya dostlardan borc alıb, 51 faizi isə artıq borca düşüb. Borc problemi olanların bir hissəsi ödənişləri gecikdirir, bəziləri isə vəziyyətin daha da çətinləşdiyini bildirirlər. Mütəxəssislər qeyd edirlər ki, insanların çoxu yardım almaqda gecikir.

Araşdırma göstərir ki, maliyyə çətinliyi sadəcə fərdi problem deyil. Ümumi iqtisadi vəziyyət və artan qiymətlər də buna ciddi təsir edir.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Seçilən
50
azerbaijan-news.az

1Mənbələr