AZ

Donald Tramp Viktor Orbanın Macarıstan seçkilərində məğlubiyyəti haqqında

ABŞ prezidenti Donald Tramp Viktor Orbanın Macarıstan seçkilərində məğlubiyyətindən narahat olmadığını və ölkənin yeni baş nazirini bəyəndiyini bildirib.

Trampın sözlərinə görə, əvvəllər Orbanın partiyasına mənsub olan və immiqrasiya məsələsində onun sərt mövqeyini bölüşən gələcək baş nazir yaxşı iş görəcək. Ağ Evin hazırkı rəhbəri həmçinin yeni hökumət başçısının yaxşı lider olacağına əminliyini ifadə edib.

Xatırladaq ki, 12 apreldə Macarıstanda keçirilən parlament seçkilərində Peter Magyarın rəhbərlik etdiyi müxalifətdəki Tisza partiyası 138 yer qazanıb. Viktor Orbanın Fidesz partiyası isə 55 yer qazanaraq ikinci yeri tutub.

//Samir Qurbanov, Editor.az

Seçilən
20
editor.az

1Mənbələr