AZ

Netanyahu kabineti toplayır: Gündəm Livanla atəşkəsdir

İsrailin Baş naziri Benyamin Netanyahu bu axşam yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 21:00) təhlükəsizlik kabinetinin iclasını çağırır. Bu barədə “The Times of Israel” nəşrinə İsrail nazirlərindən birinin dəftərxanası məlumat verib.

KONKRET.az xəbər verir ki, İsrailin yüksək rütbəli rəsmisi “Reuters” agentliyinə açıqlamasında kabinetin əsas müzakirə mövzusunun Livanla mümkün atəşkəs rejimi olacağını bildirib. İclasın Tehranın təzyiqləri və bölgədəki son diplomatik manevrlər fonunda keçirilməsi diqqət çəkir.

Xatırladaq ki, bir qədər əvvəl İsrail tərəfi İran mənbələrinin atəşkəs barədə yaydığı iddiaları təkzib etsə də, bu təcili toplantı rəsmi Tel-Əvivin mövqeyində yeni dəyişikliklərin ola biləcəyi ehtimalını artırır. Beynəlxalq vasitəçilərin də prosesə cəlb olunduğu bildirilir.

Natiq Səlim,
KONKRET.az

Seçilən
22
1
konkret.az

2Mənbələr