AZ

Azərbaycanda iki dost çay puluna görə bir birini döydü

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Quba rayonunda çay evində tanışlar arasında yaranan mübahisə sonda cinayətlə nəticələnib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyulun 25-də Quba Şəhəri köhnə avtovağzal ərazisində baş verib.1982-ci il təvəllüdlü Məhəmməd həmin gün  saat 18 radələrində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Elmarın (adlar şərtidir – red.) bədəninin müxtəlif nahiyyələrinə yumruqla vurub. Ona burun qanaxması ilə müşayiət olunan xəsarətlər yetirib. Məhəmmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Məhəmməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, iyulun 25-də, saat 18 radələrində tanışı Elmar ilə Quba şəhəri köhnə avtovağzal adlanan ərazidə təsadüfən rastlaşıb, köhnə avtovağzal adlanan ərazidə yerləşən çayxanaların birində oturaraq çay içiblər:“Sonda Elmara çayın pulunu verməsini bildirdim. O, da çayın pulunu verməyərək çölə çıxdı. Bununla bağlı aramızda mübahisə yarandı. Elmar mənə nalayiq söz dediyinə görə onun  üz nahiyyəsindən bir dəfə yumruqla vurdum”.Bu cinayət işinə Quba Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Zərərçəkən də ona qarşı şikayətini geri götürüb. Bu halları nəzərə alan hakim təqsirlçəndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib. Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilib. Fariz Məlikli

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
39
demokrat.az

1Mənbələr