AZ

Starmerdən Trampa cavab: Britaniya İrana qarşı təzyiqlərə boyun əyməyəcək!

ABŞ Prezidenti Donald Trampın Böyük Britaniya ilə ticarət sazişinin dəyişə biləcəyi ilə bağlı açıqlamasına Böyük Britaniyanın Baş naziri Keir Starmer reaksiya verib.

Turkustan.az xəbər verir ki, Starmer bu bəyanatı Vaşinqtonun Londona İrana qarşı mümkün hərbi əməliyyatlarda iştirak etməsi üçün göstərdiyi təzyiqlərdən biri kimi qiymətləndirib və ölkəsinin belə təzyiqlərə boyun əyməyəcəyini vurğulayıb.

Donald Tramp “Sky News” telekanalına müsahibəsində Böyük Britaniya ilə münasibətlərə də toxunub. O, Kral III Çarlz barədə müsbət fikirlər səsləndirsə də, Baş nazir Starmeri tənqid edib.

Tramp bildirib ki, Starmer Şimal dənizindəki neft yataqlarının bağlanması ilə bağlı “ciddi səhv” edib və bunun nəticəsində ölkədə enerji qiymətləri kəskin artıb. O, həmçinin Starmerin immiqrasiya siyasətini də uğursuz adlandırıb.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
17
turkustan.az

1Mənbələr