«Kəpəz» yeni mövsümün transfer çalışmalarına start verib.
Gəncə təmsilçisi 3 nigeriyalını Azərbaycana dəvət edib. Afrikalı trio iyun-iyul aylarında ölkəmtzə gələcək və baxışdan keçəcək.
Onları komandanın məşqçisi Araz Bağırov bəyənib.
Azər Bağırovun köməkçisi olan qardaşı bu oyunçuları izləmək üçün Nigeriyaya səfər edib.
Beş gün ərzində Laqos şəhərində qalan mütəxəssis bir neçə oyunu canlı izləyib.
Onun gözaltı etdiyi gənclər 2008-c\i il təvəllüdlüdür. Bağırovun rəğbətini qazanan futbolçular müdafiə, dayaq yarımmüdafiəçisi və sol cinah vingeri mövqeyində çıxış edir.
Həmin üçlük bir neçə həftə Azərbaycanda qalacaq və əsas komandanın hazırlığında iştirak edəcək. Tərəflər arasında uzunmüddətli müqavilənin imzalanması gözlənilir.
Araz Bağırov səfəri haqda Sportinfo.az-a açıqlama verib:
Turnir ayın 24-də başladı. Burada 10 akademiya komandası mübarizə apardı.
Həmçinin Nigeriya premyerliqasından bir klubun oyununa getdik. Ümumilikdə, 250-260 futbolçuya baxdıq.
Səhər 8-dən axşama kimi orada olurduq. Gündə 5 oyunu izləyirdik.
2007-2009-cu il təvəllüdlü gəncləri gördük. Bir neçə nəfəri bəyəndik.
Onların siyahısını klubumuzun rəhbərliyinə təqdim eləmişik. Turnirin təşkilatçılarıyla özləri danışacaqlar.
İyunun axırı, iyulun əvvəlində Azərbaycana gəlmələri gözlənilir. Bir-iki həftə ərzində əsas komandanın düşərgəsində baxışdan keçəcəklər.
Mənim görüyüm qədər üçü də perspektiv vəd edir. Atletik futbolçulardır. Hər şey yaxşı olsa, onlarla minimum üç illik müqavilə bağlanılacaq.
Br az təcrübə toplasalar, sabah üçün «Kəpəz»ə fayda verə bilərlər. Düzü, mən bu cür səfərlərin çox olmasının tərəfdarıyam.
Çünki Nigeriya kimi ölkələrdən gəncləri tapıb gətirmək, Premyer Liqaya qazandırmaq yaxşı təcrübədir. Bu ölkəyə gedişimizi tanınmış menecer Emil Əsədov təşkil elədi.
«Asadov of Brige»nin direktoruna saytınız vasitəsilə bir daha öz təşəkkürümü bildirirərm. Emil bəy işinin peşəkarı olan mütəxəssisdir.
Əsl yol yoldaşıdır. Nigeriyada qaldığımız müddətdə əlindən gələni etdi ki, turnirdə yaxşı seçim apara bilək».