AZ

Macarıstanın yeni baş naziri prezdentdən istefaya getməyi tələb edir

Parlament seçkilərində qalib gələn “Tisa” Partiyasının lideri Peter Madyar, prezident Tamaş Şujokun könüllü istefasını tələb edib. Madyar mətbuat konfransında bildirib ki, “Mən ondan… hökumət dəyişikliyindən sonra, parlament məni baş nazir seçəndə və mən “Tisa” hökuməti quranda könüllü olaraq istefa verməsini xahiş etdim”.

Madyar əlavə edib ki, əgər imtina edərsə, partiyası konstitusiya çoxluğundan istifadə edəcək, qanuna düzəliş edəcək və dövlət başçısının məcburi şəkildə vəzifəsindən kənarlaşdırılmasını tələb edəcək.

Qeyd edək ki, 13 apreldə Macarıstanda parlament seçkilərinin nəticələri elan edilib və Peter Madyarın partiyası yerlərin əksəriyyətini qazanıb. Ölkənin hazırkı baş naziri Viktor Orban rəsmi olaraq məğlubiyyətini etiraf edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
35
editor.az

1Mənbələr