AZ

Bakıya yenidən dolu yağacaq? -AÇIQLAMA

Ötən gecə Bakı və Abşeronun bir sıra ərazilərində şiddətli dolu yağıb. Geri qalan ərazilərdə isə heç bir yağıntı müşahidə olunmayıb. 

Hazırkı mövsüm üçün dolu yağması xarakterikdirmi və bunun paytaxtın bir hissəsinə yağıb, digər hissələrinə yağmaması necə izah olunur?

Ekoloq Sadiq Həsənov Redaktor.az-a açıqlamasında bildirdi ki, dolunun yağması hazırkı mövsüm üçün xarakterikdir:

"Arktikada buzlaqların əriməsi başlayıb və siklonlar hərəkət edir. Xəzər dənizi vasitəsilə daxil olmuş siklonlar vasitəsilə bu yağışların yağması intensivləşib. İqlimdə dəyişikliklər çox sürətlə gedir. İstiləşmə və soyuqlaşma paralel olaraq baş verdiyinə görə bu cür hallar yəqin ki, mütəmadi olaraq bundan sonra davam edəcək".

Müsahibimiz bir sıra ərazilərə dolu yağmamasının səbəblərini də izah etdi:

"Bulud təbəqələrinin paylanması fərqli olur. Bulud təbəqəsi bütün şəhəri əhatə etməyə bilər. Havanın gündüz istiləşib, axşam sərinləşməsi nəticəsində temperatur fərqi yaranır. Bu da buz parçalarının əriməsinə səbəb olur ki, bu proses böyük əraziləri əhatə etmir. Yəni lokal olaraq qısa müddətli olub, az əraziləri əhatə edir. Dolunun çəkisi ağır olduğuna görə müəyyən bir ərazidə toplanaraq dərhal yağış şəklində tökülür. Dolu hazırda yağmadığı ərazilərə də yağa bilərdi. Sadəcə buludlar dolunun yağdığı ərazilərdə toplanıb".

Aytəkin TOFİQQIZI

Seçilən
29
redaktor.az

1Mənbələr