AZ

Heç bir gəmi ABŞ-ın dəniz blokadasını yara bilməyib

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran limanlarına tətbiq edilən dəniz blokadasının ilk 48 saatı ilə bağlı rəsmi məlumat yayıb. Bildirilib ki, bu müddət ərzində ABŞ qüvvələrinin qurduğu mühasirə xəttini heç bir gəmi keçə bilməyib.

KONKRET.az xəbər verir ki, CENTCOM-un bəyanatında dənizdəki əməliyyat şəraiti barədə detallar da yer alıb. Məlumata görə, blokada qaydalarını pozmağa cəhd edən 9 gəmi ABŞ hərbi dəniz qüvvələrinin göstərişlərinə tabe olaraq geri dönüb. Həmin gəmilərin hamısı İran limanlarına və ya sahil zonasına doğru istiqamətini dəyişməyə məcbur edilib.

Xatırladaq ki, ABŞ-ın İranın strateji limanlarına tətbiq etdiyi bu blokada regionda gərginliyin pik həddə çatdığı bir vaxtda baş verir. CENTCOM dəniz yollarındakı nəzarətin tam şəkildə davam etdiyini vurğulayıb.

Natiq Səlim,
KONKRET.az

Seçilən
38
1
konkret.az

2Mənbələr