AZ

1/4 final mərhələsinin cavab oyunlarının təqvimi

Azərbaycan Basketbol Liqasında 1/4 final mərhələsinin cavab oyunlarının təqvimi açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, oyunlar 16-17 aprel tarixlərində keçiriləcək.

16 aprel saat 14.00-da baş tutacaq ilk matçda “Gəncə” “Ordu”nu qəbul edəcək. Günün ikinci görüşü isə saat 1900-da NTD və “Neftçi” komandarı arasında keçiriləcək.

1/4 final mərhələsinin cavab oyunları 17 aprel tarixində davam edəcək. Həmin gün saat 14.00-da “Şəki” ilə “Abşeron Lions” qarşılaşacaq. Günün son oyununda isə saat 19.00-da “Naxçıvan” “Sabah”ı sınağa çəkəcək.

Bu mərhələnin nəticələrinə əsasən yarımfinala vəsiqə qazanan komandalar müəyyənləşəcək.

Seçilən
18
1
football-plus.az

2Mənbələr