AZ

Ermənistan hava məkanını BAĞLAYIR

Ermənistan mayın 3-dən 5-dək hava məkanını yüngül və ultra yüngül təyyarələr, eləcə də pilotsuz uçuş aparatları üçün bağlayacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan Mülki Aviasiya Komitəsi məlumat yayıb. 

"2026-cı il may ayının 3-dən 5-dək Ermənistan Respublikasında keçirilən genişmiqyaslı tədbirləri (8-ci Avropa Şurası Zirvə Görüşü, Ermənistan-AB Zirvə Görüşü və İrəvan Dialoqu) və bu tədbirlərdə çoxsaylı xarici nümayəndə heyətlərinin iştirakını nəzərə alaraq, sizə bildiririk ki, təhlükəsizlik səbəblərinə görə, bu müddət ərzində mülki pilotsuz uçuş aparatları da daxil olmaqla ümumi aviasiya uçuşları Ermənistan Respublikasının hava məkanında qadağandır", - deyə açıqlamada bildirilir. 

Seçilən
11
3
bakivaxti.az

4Mənbələr