AZ

Futzal millimiz yenə Qazaxıstana uduzdu

Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın futzal millisi bu gün növbəti yoldaşlıq oyununu keçirib.

Hafta.az xəbər verir ki, Yevgeni Kukseviçin komandası növbəti dəfə Qazaxıstan yığması ilə qarşılaşıb.

Aktau şəhərindəki "BS Arena"da keçirilən matç rəqibin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, komandalar arasında aprelin 13-də keçirilən görüşdə meydan sahibləri 9:2 hesablı qələbə qazanıb.

Seçilən
4
2
hafta.az

7Mənbələr