AZ

Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq..."

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı müxalif qüvvələrin mövqeyini kəskin tənqid edib.

Musavat.com xəbər verir ki, baş nazir bildirib ki, bəzi siyasi qüvvələr Ermənistanın yalnız beynəlxalq səviyyədə tanınmış 29 743 kvadrat kilometrlik ərazisi ilə məhdudlaşmamalı olduğunu iddia edir və bu yanaşmanı açıq şəkildə təbliğ edirlər.

Paşinyanın sözlərinə görə, bu cür iddiaların davam etdirilməsi ölkəni qaçılmaz şəkildə yeni müharibəyə sürükləyə bilər. O vurğulayıb ki, Qarabağ və ətraf bölgələri əhatə edən xəritələrin və simvolların gündəmə gətirilməsi də eyni təhlükəli məntiqin tərkib hissəsidir.

Baş nazir qeyd edib ki, Ermənistan bu cür siyasətin ağır nəticələrini artıq tarixində yaşayıb və eyni səhvlərin təkrarlanması faciə ilə nəticələnə bilər.

Sonda Paşinyan cəmiyyəti və siyasi qüvvələri məsuliyyətli davranmağa çağıraraq bildirib ki, regionda sülhün qorunması üçün beynəlxalq hüquqa əsaslanan yanaşma yeganə çıxış yoludur.

Musavat.com

Seçilən
32
musavat.com

1Mənbələr