AZ

9 nəfəri qətlə yetirənin atası polis rəisi, anası müəllim imiş - Saxlanıldılar

Xəbər verdiyimiz kimi, Türkiyənin Kahramanmaraş şəhərində 14 yaşlı yeniyetmənin orta məktəbə silahlı hücum etməsi nəticəsində 9 nəfər həlak olub.

Bizim.Media Türkiyə mediasına istinadən xəbər verir ki, hadisədə istifadə olunan silahların sahibi, hücumçunun atası – birinci dərəcəli polis rəisi olan U.M. dərhal saxlanılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Hücumu 8-ci sinif şagirdi törədib… - Türkiyədə məktəbə hücumun TƏFƏRRÜATI – VİDEO


İstintaqın davamında yeniyetmənin anası, Anadolu liseyində türk dili və ədəbiyyatı müəllimi işləyən P.P.M. də nəzarətə götürülüb.

Xatırladaq ki, 14 yaşlı İ.A.M. atasına məxsus 5 tapança və 7 dolu daraqla orta məktəbə daxil olaraq 8 şagirdi və bir müəllimi qətlə yetirəndən sonra intihar edib.

Qeyd edək ki, Kahramanmaraş valisi Mükerrem Ünlüer də hadisənin təfərrüatları ilə bağlı açıqlamasında yeniyetmənin atasına məxsus xidməti silahlardan istifadə etdiyini təsdiqləyib. (qafqazinfo.az)

Bizim.Media

Seçilən
4
8
bizim.media

10Mənbələr