AZ

Alimlər ağır xərçəng xəstələrinin ömrünü uzadan preparat icad edib

Bakı. Trend:

Elraqlusib adlı yeni preparat ən təhlükəli onkoloji xəstəliknövlərindən biri olan və çox vaxt artıq gec mərhələdə aşkarlananmədəaltı vəzi xərçəngi xəstələrinin həyatını uzada bilər. Bunəticəyə “Northwestern Universitetinin” alimləri gəliblər.

Trend xəbərverir ki, klinik tədqiqatın nəticələri Nature Medicine jurnalındadərc olunub.

Tədqiqatda xəstəliyin yayılmış formasından əziyyət çəkən 233pasiyent iştirak edib. Bir qrupa standart kimyaterapiya təyinolunub, digərinə isə eyni terapiya ilə yanaşı elraqlusib preparatıverilib.

Müalicənin başlanmasından bir il sonra yeni preparat qəbul edənqrupda pasiyentlərin 44 faizi sağ qaldığı halda, standart terapiyaalan qrupda bu göstərici 22 faiz təşkil edib.

Orta hesablama yeni preparat qəbul edən pasiyentlər müalicəninbaşlanmasından etibarən təxminən 10 ay yaşayıblar, adi terapiyazamanı isə bu müddət təxminən 7 ay olub. Bununla yanaşı, bəzixəstələrdə effekt daha nəzərəçarpan olub: təxminən 13 faiz pasiyentiki il yaşayıb, halbuki nəzarət qrupunda belə hallara rastgəlinməyib.

Məqalədə:
Seçilən
26
1
az.trend.az

2Mənbələr