ain.az bildirir, Demokrat.az portalına istinadən.
Sosial şəbəkələrdə, xüsusilə TikTok platformasında “lotereya” adı altında keçirilən canlı yayımlar geniş yayılıb və bu hallar vətəndaşlar arasında ciddi narahatlıq yaradır. Belə sxemlərdə müxtəlif vədlərlə insanlardan pul toplanır, lakin sonradan təşkilatçıların yoxa çıxması fırıldaq ehtimalını gündəmə gətirir. Əsas sual isə ondan ibarətdir ki, bu cür fəaliyyətlər nə dərəcədə qanunidir və vətəndaşlar bu kimi hallardan necə qoruna bilər.Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən vəkil Əkrəm Həsənov bildirib ki, sosial şəbəkələrdə, xüsusilə TikTok platformasında “lotereya” adı ilə təşkil olunan canlı yayımlar qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanunsuz hesab olunur və bu cür fəaliyyətlərin həyata keçirilməsi doğru deyil."Azərbaycanda lotereyaların təşkili yalnız dövlət tərəfindən və ya dövlətin icazə verdiyi qurumlar vasitəsilə mümkündür. Fərdi şəxslərin sosial şəbəkələr üzərindən pul toplayaraq “lotereya” keçirməsi nə hüquqi əsaslara söykənir, nə də iştirakçılar üçün hər hansı təminat yaradır. Bu cür hallarda vətəndaşların aldadılması, vəsaitlərin mənimsənilməsi və saxta uduşların təqdim olunması riski yüksək olur. Nəticə etibarilə, bu fəaliyyətlər həm qanunsuz sahibkarlıq, həm də dələduzluq əlamətləri daşıya bilər. Bu səbəbdən, belə “lotereya”ların təşkili də, onlarda iştirak da məqsədəuyğun deyil".Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.