AZ

Azərbaycan futzal millisi Qazaxıstana yenə uduzdu

Futzal üzrə Azərbaycan milli komandası növbəti yoldaşlıq oyunu çərçivəsində Qazaxıstan yığması ilə üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki, baş məşqçi Yevgeni Kukseviçin rəhbərlik etdiyi kollektiv qarşılaşmanı səfərdə keçirib. Oyun Aktau şəhərindəki “BS Arena”da təşkil olunub və meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Beləliklə, iki oyunluq yoldaşlıq seriyasında Qazaxıstan millisi hər iki görüşdə üstün tərəf olub. Xatırladaq ki, ilk qarşılaşmada rəqib komanda Azərbaycan yığmasına 9:2 hesabı ilə qalib gəlmişdi.

Bu oyunlar Azərbaycan millisinin qarşıdakı rəsmi turnirlərə hazırlıq mərhələsi çərçivəsində keçirilib.

Seçilən
34
90deqiqe.az

1Mənbələr