AZ

Acun Ilıcalı bu klubu satacağı ilə bağlı iddiaları təkzib etdi

ain.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Türkiyənin tanınmış iş adamı və şoumeni Acun Ilıcalı haqda diqqətçəkən xəbər yayılıb. "Football-plus.az" xəbər verir ki, onun sahibi olduğu Sloveniya təmsilçisi “Maribor”u satışa çıxarmağa hazırlaşdığı iddia olunub. Özü də bu şayiələr “Maribor”un ötən tur səfərdə çempionluq uğrunda əsas rəqibi “Selye”yə uduzmasından sonra baş qaldırıb. Həmin oyunu izləmək üçün Acun özü də Sloveniyaya yollanmışdı. “Maribor” həmin oyunda qalib gələcəyi təqdirdə “Selye” ilə xal fərqini 6-ya endirəcəkdi. Amma Acunun ayağı düşərli olmadı, komandası minimal hesabla uduzaraq zirvədən 12 xal geri düşdü. Qeyri-adi nəsə baş verməsə, “Maribor” Ilıcalının prezidentliyi dönəmində ardıcıl 2-ci mövsümü də titulsuz başa vuracaq. Onun klubu satışa çıxarmağa hazırlaşması barədə xəbəri isə Sloveniyanın “Noqomania” nəşri ortaya atıb. Acun bu klubun səhmlərinin 74 faizini əlində saxlayır. Nəşrin yazdığına inansaq, guya türkiyəli iş adamı “Maribor”dan qurtularaq bütün diqqətini “Hall Siti”yə yönəltmək istəyir. Satış məbləği də açıqlanıb. Nəşrin yazdığına görə, Ilıcalı “Maribor”un satışından 9 milyon avro gəlir əldə etməyi planlaşdırır. Hətta “Nottingem Forest”, “Olimpiakos” və “Riu Ave”nin sahibi olan yunanıstanlı iş adamı Yevangelos Marinakisin Acunla əlaqəyə keçdiyi də vurğulanır. Amma Ilıcalı bu iddiaları qətiyyətlə təkzib edib. O, öz səhifəsində paylaşım edərək “Maribor”u satmaq niyyətinin olmadığını, bu klubla hədəflərinə çatmaq istədiyini qeyd edib. Fanatlardan dəstək istəyən Acun “Maribor”u ölkənin ən güclü klubuna çevrimək istədiyini və bu yolda bütün çətinliklərə sinə gərəcəyini yazıb. 16 qat ölkə çempionu olan “Maribor” son zəfərini 2021/22-də əldə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
1
icma.az

2Mənbələr