AZ

Rusiyadan bu ölkələrə SƏRT MESAJ - RƏSMİ

Rusiya Müdafiə Nazirliyi Ukrayna ilə bağlı diqqətçəkən açıqlama yayıb.

“Yeni Sabah” xəbər verir ki, nazirlik Kiyevi pilotsuz uçuş aparatları ilə təmin edən xarici şirkətlərin ünvanlarını dərc etdiyini bildirib. 

Rəsmi açıqlamada vurğulanıb ki, bu addım Avropada hərbi-siyasi vəziyyətin kəskin şəkildə gərginləşməsinə səbəb olan məqsədli siyasətin tərkib hissəsi kimi qiymətləndirilir.

Rusiya tərəfi hesab edir ki, bir sıra Avropa ölkələri tədricən Ukraynanın strateji arxa cəbhəsinə çevrilir. Bildirilib ki, xüsusilə də hərbi texnika və pilotsuz uçuş aparatlarının tədarükü bu prosesdə əsas rol oynayır.

Açıqlamada qeyd olunub ki, təkcə cari il ərzində Böyük Britaniya tərəfindən Ukraynaya 120 minə yaxın dron göndərilib.

Moskva bu addımların regionda gərginliyi daha da artırdığını və qarşıdurmanın miqyasını genişləndirdiyini vurğulayıb.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
15
2
yenisabah.az

3Mənbələr