AZ

Overçuk Azərbaycana işgüzar səfərə gəlib

Bakı. Trend:

Rusiya baş nazirinin müavini Aleksey Overçuk Azərbaycana işgüzarsəfərə gəlib.

Trend xəbər verir ki, bubarədə Rusiya hökumətinin saytında dərc olunmuş məlumatdabildirilir.

"Aleksey Overçuk Azərbaycan Respublikasına Rusiya Federasiyasıilə Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrəhökumətlərarası komissiyanın 24-cü iclasında iştirak etmək üçünişgüzar səfərə gəlib. İclas aprelin 16-da keçiriləcək.

A.Overçuk və Azərbaycan Respublikası baş nazirinin müavini ŞahinMustafayevin həmsədrliyi ilə tərəflər 2025-ci il avqustun 22-dəHəştərxanda keçirilmiş komissiyanın 23-cü iclasının qərarlarınınicrasının gedişini, həmçinin Rusiya-Azərbaycan əməkdaşlığının əsasistiqamətlərinin inkişafına dair tədbirlər planının yerinəyetirilməsini müzakirə edəcəklər.

Görüş zamanı Rusiya və Azərbaycanın ikitərəfli və çoxtərəfliformatlarda ticarət-iqtisadi və mədəni-humanitar əməkdaşlığınıngeniş spektrli məsələlərinin nəzərdən keçiriləcəyi gözlənilir", -məlumatda deyilir.

Seçilən
33
7
az.trend.az

10Mənbələr