AZ

Yenilənmənin əsas səbəblərindən biri budur Ekspert

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycanda tədavülə yeni dizaynlı pul nişanlarının buraxılması müzakirələri artırıb. Bu proses adətən pulun daha təhlükəsiz və saxtalaşdırılması çətin olan formaya keçidini nəzərdə tutur. Bəs, köhnə 100 manatlıq əsginasların dövriyyədə aqibəti necə olacaq və bu dəyişiklik nağd pul dövriyyəsinə, eləcə də ümumi iqtisadi mühitə hansı təsirləri göstərə bilər?Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, pul nişanlarının yenilənməsi beynəlxalq təcrübədə geniş yayılmış və maliyyə sisteminin normal fəaliyyəti üçün vacib sayılan bir prosesdir. "Müəyyən dövrlərdə yeni əskinaslar dövriyyəyə buraxılır və bir müddət köhnə pullarla paralel şəkildə istifadə olunur. Bu keçid mərhələsi bazarda sabitliyi qorumağa xidmət edir və həm vətəndaşlar, həm də biznes subyektləri üçün əlavə çətinlik yaratmır. Sonrakı mərhələdə köhnə əskinaslar banklar vasitəsilə Azərbaycan Mərkəzi Bankına qaytarıldıqca mərhələli şəkildə dövriyyədən çıxarılır və onların yerini yeniləri tutur".Ekspert bildirib ki, bu yenilənmənin əsas səbəblərindən biri əskinasların üzərindəki imza məsələsi ilə bağlıdır. "Qanunvericiliyə əsasən, pul nişanlarında Mərkəzi Bank sədrinin imzası yer almalıdır. Yeni rəhbər artıq bir neçə ildir vəzifədə fəaliyyət göstərdiyinə görə, əvvəlki imzalı əskinasların tədricən yeniləri ilə əvəz olunması prosesi həyata keçirilir".Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
3
demokrat.az

4Mənbələr