AZ

Hörmüz boğazının blokadası davamEDİR

ABŞ Prezidenti Donald Tramp tərəfindən elan edilmiş İran limanlarının blokadası Xəzər dənizinə görə uğursuzluğa düçar ola bilər.

Redaktor.az xəbər verir ki, bu barədə "19FortyFive" nəşri xəbərdarlıq edərək bildirib ki, Trampın İranı təcrid etməkdə qarşılaşacağı əsas problem Fars körfəzində deyil, məhz Xəzər dənizində olacaq.

Məqalədə qeyd olunur ki, Amerika hərbçiləri Fars körfəzindəki İran limanlarını asanlıqla bağlaya bilsələr də, Xəzər dənizi akvatoriyası Tehrana blokadadan yan keçməyə və enerji resurslarının tədarükünü davam etdirməyə şərait yaradacaq. Eyni zamanda, ABŞ Ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) Donald Trampın Hörmüz boğazının açılması ilə bağlı bəyanatlarına baxmayaraq, boğazın blokadasını davam etdirib. Qurumun məlumatına görə, Amerika hərbi dəniz gəmiləri Oman körfəzində patrul xidmətini davam etdirir və İran limanlarına daxil olan və çıxan gəmilərin blokadası hələ də həyata keçirilir.

Xədicə BAXIŞLI

Seçilən
24
redaktor.az

1Mənbələr