Namizədə tələblər:
Profilə uyğun ali təhsil, elmi dərəcə və elmi ad.
Ali təhsil müəssisəsində minimum 5 il elmi-pedaqoji təcrübə.
Rəhbər vəzifədə iş təcrübəsi.
Elmi nəşrlərin və tədqiqat işlərinin mövcudluğu.
Yüksək təşkilatçılıq və liderlik bacarıqları.
Tələb olunan sənədlər:
Şəxsiyyət vəsiqəsinin surəti.
Ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri.
Elmi və elmi-metodiki işlərin siyahısı.
Kadrlar uçotunun şəxsi vərəqəsi.
CV (tərcümeyi-hal).
Müraciət qaydası:
Namizədlər sənədlərini Odlar Yurdu Universitetinin rektorunun adına yazılmış ərizə ilə birlikdə [email protected] elektron poçt ünvanına göndərə və ya universitetin inzibati binasında (Bakı, Koroğlu Rəhimov küçəsi 13) insan resursları departamentinə təqdim edə bilərlər.
Son müraciət tarixi 30 aprel 2026-cı ildir.