AZ

İran dialoq tərəfdarıdır, lakin təslim olmaq fikrində deyil – Məsud Pezeşkyan

İran prezidenti Məsud Pezeşkyan bildirib ki, İran hökuməti dialoqu dəstəkləyir, lakin Tehran digər ölkələrin şərtlərini diktə etmək və ya təslim olmağa məcbur etmək cəhdlərinə dözməyə hazır deyil.

“İran müharibə və ya qeyri-sabitlik axtarmır və həmişə müxtəlif ölkələrlə yalnız dialoq və konstruktiv əlaqələrin tərəfdarı olub. Lakin [İslam Respublikasına] öz iradəsini qəbul etdirmək və ya onu təslim olmağa məcbur etmək cəhdi uğursuzluğa məhkumdur. İran xalqı heç vaxt belə bir yanaşmanı qəbul etməyəcək.” – Məsud Pezeşkyan bildirib.

İran prezidentinin sözlərinə görə, müharibə beynəlxalq müqavilələri pozur. Pezeşkyan qeyd edib ki, Tehran hələ də ölkəyə hücumun motivasiyası və mülki şəxslərin niyə hədəfə alındığı sualına cavab almayıb.

Daha əvvəl bir neçə media orqanı Ağ Evin Tehranla danışıqları bərpa etməyə hazır olduğunu bildirib. Mənbələrə görə, bu həftə yeni danışıqlar mərhələsi baş tuta bilər. İki tərəf arasında əvvəlki görüş uğursuz olub.

//Samir Qurbanov, Editor.az

Seçilən
19
editor.az

1Mənbələr