AZ

Əraqçi: İran və Pakistan regionda sülhü dəstəkləyir - VİDEO

İranın xarici işlər naziri Abbas Əraqçi Pakistan Ordusunun baş komandanı Asim Muniri salamlamaqdan məmnun olduğunu qeyd edib.

Moderator.az xəbər verir ki, o bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

"Pakistan tərəfindən dialoqun qonaqpərvərliklə keçirilməsinə görə minnətdarlığımı bildirdim və bunun ikitərəfli münasibətlərimizi əks etdirdiyini vurğuladım", - Əraqçi qeyd edib.

Onun sözlərinə görə, İranla Pakistanın regionda sülh və sabitliyə dəstək olmaq əzmi ortaq olaraq qalır.

Qeyd edək ki, tərəflər arasında artıq görüş də baş tutub, lakin təfərrüat hələ açıqlanmayıb.

 

Seçilən
15
1
moderator.az

2Mənbələr