"Real Madrid" Çempionlar Liqasının 1/4 finalında "Bavariya" ilə cavab görüşünə start heyətində heç bir ispan futbolçu olmadan çıxıb.
"Yeni Sabah" xəbər verir ki, bu, paytaxt klubunun tarixində ilk dəfə baş verir.
Portalın məlumatına görə, "Real Madrid" aprelin 15-də əsas avrokubok turnirində 515-ci oyununa çıxıb.
Qeyd edək ki, "kral klubu"'un futbolçusu Braim Dias İspaniya vətəndaşlığına malikdir və ölkənin gənclər yığmalarında çıxış edib, lakin sonda Mərakeş milli komandasını təmsil etmək qərarına gəlib./Oxu.az
Telegram kanalımız