Gəncədə zəncirvari qəza olub, xəsarət alanlar var.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Hərəkətdə olan "BMW", "Hyundai " ,"Ford Fusion " və "VAZ 2107" markalı minik maşınları toqquşub. Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.
Fakt üzrə araşdırma aparılır.
Tural Əhmədov