İran həmişə dialoqa hazırdırlar, lakin ölkəni təslim olmağa məcbur etmək cəhdləri uğursuzluğa məhkumdur. Metbuat.az xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian belə açıqlama verib. IRNA-nın məlumatına görə, beynəlxalq sistemdəki ikili standartları tənqid edən Pezeşkian hər hansı ölkəyə hərbi hücumların ümumi qəbul edilmiş prinsiplərə zidd olduğunu ifadə edib. O, ABŞ-İsrail müharibəsinin də qanunsuz olduğunu vurğulayıb. ABŞ-İsrail hücumlarında mülki şəxslərin və mülki mərkəzlərin də hədəf alındığına diqqət çəkən İran Prezidenti, “Beynəlxalq hüquq və humanitar prinsiplər çərçivəsində mülki şəxsləri, uşaqları hədəf almaq, məktəblər və xəstəxanalar da daxil olmaqla həyati əhəmiyyətli mərkəzləri məhv etmək üçün hansı əsas ola bilər?” - deyə bildirib. Məsud Pezeşkian ABŞ-İsrail hücumlarına baxmayaraq, İranın prinsipial mövqeyindən güzəştə getmədiyini bildirib.