
ABŞ-ın kommersiya neft ehtiyatları bir həftə ərzində 0,9 milyon barel azalaraq, 10 aprel 2026-cı il tarixinə 463,8 milyon barel təşkil edib.
AFN.az xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb. Nazirliyin açıqlamasında bildirilir ki, mövcud ehtiyatlar ilin bu dövrü üçün son beş ilin orta göstəricisindən 1% yüksəkdir.
Bu məlumatların fonunda Londonun ICE birjasında "Brent" markalı neftin iyun fyuçersləri 0,71% ucuzlaşaraq bir barel üçün 94,12 dollar, WTI nefti isə 0,64% azalaraq 90,7 dollar olub.