BMT İrana humanitar yardım üçün 12 milyon dollar ayırıb.
Publika.az xəbər verir ki, bu barədə BMT-nin yardım üzrə rəhbəri Tom Fletçer “X”də yazıb.
“Minlərlə mülki şəxs həlak olub. İnfrastruktur dağılıb. Əsas xidmətlər sıradan çıxıb. Bu maliyyələşdirmə tərəfdaşlarımıza həyat qurtaran yardımı geniş miqyasda çatdırmağa kömək edəcək”,- deyə o bildirib.