AZ

Vinisius Junior “Real Madrid”in Çempionlar Liqası tarixində rekordunu yenilədi –

"Real Madrid"in hücumçusu Vinisius Junior klubunun UEFA Çempionlar Liqası tarixində ən yaxşı məhsuldar ötürmə müəllifi olub.

90deqiqe.Az-ın məlumatına görə,o, Münhendəki “Arena Münhen” stadionunda keçirilən 1/4 final cavab görüşünün 42-ci dəqiqəsində fransalı Kilian Mbappeyə qol ötürməsi verib.

Komandalar hazırda Almaniyada keçirilən qarşılaşmada mübarizə aparır. Matçın baş hakimi Slovakiyadan Slavko Vinçiçdir. Məlumatın hazırlandığı anadək hesab 3:3-dür.

Mbappenin vurduğu qolun ötürməsi Vinisiusun “kral klubu”nun heyətində Çempionlar Liqasında 32-ci məhsuldar ötürməsi olub. Bununla da o, əvvəlki rekordu keçərək portuqaliyalı hücumçu Kriştianu Ronaldonu geridə qoyub.

İlk görüş bir həftə əvvəl, aprelin 7-də baş tutmuşdu. Həmin oyunda Almaniya təmsilçisi 2:1 hesabı ilə qalib gəlmişdi.

Bu cütün qalibi yarımfinalda turnirin hazırkı qalibi olan PSJ ilə qarşılaşacaq.

Seçilən
19
90deqiqe.az

1Mənbələr