AZ

Maka Boçorişvili: Gürcüstan üçün yaxın qonşularla münasibətlər vacibdir

Tbilisi, 16 aprel, AZƏRTAC

Bizim üçün əvvəlcə yaxın qonşularımızla münasibətlərimiz vacibdir. Gürcüstanın Azərbaycan, Türkiyə və Ermənistan ilə çox yaxşı, strateji səviyyədə münasibətləri var. Lakin inkişaf üçün yeni regionlar da lazımdır. Bizim üçün bundan sonra daha geniş bir region başlayır və bu, Mərkəzi Asiya ölkələridir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili “Rustavi 2” telekanalının “Gecə kuryeri” proqramında bildirib.

Nazir deyib ki, bu gün Gürcüstan üçün prioritetlərdən biri Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlığı inkişaf etdirməkdir: “Bu, bizə Orta Dəhlizdə mühüm bir halqa kimi funksiyamızı layiqincə yerinə yetirməyə imkan verəcək”.

Onun sözlərinə görə, Mərkəzi Asiya yeni inkişaf mərhələsinə qədəm qoyan bir regiondur və onlarla münasibətlər çox vacibdir.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Seçilən
31
azertag.az

1Mənbələr