AZ

Mərkəzi Komandanlıq: ABŞ-nin blokadası başlayandan bəri 10 gəmi geri qaytarılıb

Vaşinqton, 16 aprel, AZƏRTAC

Dünən İran bayrağı altında üzən yük gəmisi Bəndər Abbas limanını tərk edərək, Hörmüz boğazından çıxdıqdan və İranın sahil xətti boyunca tranzit keçdikdən sonra ABŞ-ın blokadasından yayınmağa çalışıb.

AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Mərkəzi Komandanlığı açıqlama yayıb. Bildirilir ki, gəmi idarə olunan raket esminesi tərəfindən uğurla istiqamətləndirilib və İrana qayıdıb.

Qeyd edilib ki, ABŞ-nin bazar ertəsi günü blokadası başlayandan bəri 10 gəmi geri qaytarılıb.

 
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Seçilən
29
2
azertag.az

3Mənbələr