AZ

Boçorişvili: Gürcüstan Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlığı inkişaf etdirməyə çalışır

Gürcüstan Orta Dəhlizdə mühüm halqa kimi rolunu gücləndirmək üçün Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlığı inkişaf etdirməyə çalışır.

"Far.Az"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bəyan edib.

"Bu, yeni inkişaf mərhələsinə qədəm qoyan bir regiondur və onlarla münasibətlər çox vacibdir. Prioritet istiqamətlərimizdən biri Orta Dəhlizdə mühüm halqa kimi funksiyamızı layiqincə yerinə yetirmək üçün Orta Asiya ölkələri ilə əməkdaşlığı gücləndirməkdir", - deyə nazir vurğulayıb.

Boçorişvili əlavə edib ki, Gürcüstan üçün ilk növbədə yaxın qonşularla münasibətlər xüsusi əhəmiyyət daşıyır. Bu kontekstdə o, Türkiyə, Azərbaycan və Ermənistan ilə əlaqələrin yüksək – strateji səviyyədə olduğunu qeyd edib.

Nazirin sözlərinə görə, bu ölkələrlə münasibətlərdən sonra daha geniş regional əməkdaşlıq çərçivəsi Orta Asiyanı əhatə edir.

Seçilən
35
far.az

1Mənbələr