AZ

Məşhur hərbi bloqer və pilot İNTİHAR ETDİ: Vida mesajı YAYILDI – VİDEO

Rusiyalı məşhur hərbi bloqer və pilot “Voyevoda” intihar edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyanın tanınmış hərbi bloqeri və Ka-52 helikopterinin pilotu, “Voyevoda” çağırış adı ilə tanınan Aleksey Zemtsov intihar edib.

Müharibə döyüşlərində iştirak etmiş və bir neçə dəfə yaralanmış pilotun intihar etməzdən əvvəl hazırladığı video yayılıb.

Kadrlarda “Voyevoda” bildirir ki, bu video yayımlanırsa, deməli, o, “sonuncu zabit şərəfi hüququndan” istifadə edib.

Dövlət mükafatlarına layiq görülmüş pilotun intiharı hərbi ictimaiyyətdə böyük səs-küy doğurub.

 

Xuraman Etibarlı

İnterpress.az


Seçilən
55
1
interpress.az

2Mənbələr