AZ

Mbappe Çempionlar Liqasında bir mövsümdə 15 və daha çox qol vuran dördüncü oyunçudur

ain.az bildirir, Idman.biz portalına istinadən.

“Real Madrid”in hücumçusu Kilian Mbappe Çempionlar Liqasında bir mövsümdə 15 və ya daha çox qol vuran dördüncü oyunçu olub.

İdman.Biz bildirir ki, o, 2025/26 mövsümünün Çempionlar Liqasının dörddəbir finalının ikinci oyununun 42-ci dəqiqəsində “Bavariya”nın qapısına qol vurub.

Almaniya komandası 4:3 hesablı qələbəni qeyd edib.

Daha əvvəl bu göstəriciyə hücumçular Kriştianu Ronaldu (üç dəfə), Robert Levandovski (2019/2020 mövsümündə) və Kərim Benzema (2021/2022 mövsümündə) nail olmuşdular.

“Bavariya”ya məğlubiyyətdən sonra Madrid klubu turnirdəki iştirakını dayandırıb.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
88
1
icma.az

2Mənbələr