AZ

"Beşiktaş" "Mançester Yunayted"in qapıçısı ilə anlaşdı

Bakı. Trend:

"Mançester Yunayted"in qapıçısı Altay Bayındır Super Liqayaqayıtmağa hazırlaşır.

Trend xəbər verir ki,"Beşiktaş" türkiyəli qolkiperi transfer etmək istəyir. Bu barədə"Fanatik" nəşri məlumat yayıb.

İstanbul nəhəngi Altayla şəxsi müqavilənin şərtlərinirazılaşdırıb. "Qara qartallar" 28 yaşlı "əlcək sahibi" üçünİngiltərə klubu ilə danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, "Mançester Yunayted" Altay Bayındırı 2023-cü ilinyayında "Fənərbaxça"dan transfer edib. Türkiyə millisinin üzvü bumövsüm "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 6 oyundaqapısında 11 qol görüb.

Seçilən
4
1
az.trend.az

2Mənbələr