AZ

Komandalarını dəyişə biləcək superulduzların adları açıqlandı

Amerikalı jurnalist və insayder Mark Şteyn “Substack” platformasındakı bloqunda 2026-cı ilin yayında komandasını dəyişə biləcək əsas NBA superulduzlarını açıqlayıb.

Publika.az xəbər verir ki, siyahıda Lebron Ceyms (Los-Anceles Leykers), Yannis Adetokunbo (Miluoki Baks) və Kavay Leonard (Los-Anceles Klippers) yer alıb. Şteynin fikrincə, məhz bu oyunçuları böyük dəyişikliklər gözləyir.

Lebron Ceyms 23 illik karyerasında ilk dəfə olaraq 2026-cı ilin yayında ehtiyatsız (məhdudiyyətsiz) sərbəst agent statusu qazanacaq və alternativ planı olmayacaq. Onun agenti Riç Pol hələ 2025-ci ilin yayında bildirmişdi ki, Ceyms “Leykers”də 52,6 milyon dollarlıq oyunçu opsiyasından istifadə edəcək, lakin müqaviləni uzatmaq niyyətində deyil. Beləliklə, o, 2018-ci ildən sonra ilk dəfə bu statusu əldə edəcək.

Yannis Adetokunbo ilə bağlı isə “Miluoki”nin həmsahibi Ues Edens mart ayında açıqlama verərək bildirib ki, forvard ya klubla yeni müqavilə imzalayacaq, ya da treyd ediləcək.

Seçilən
13
42
publika.az

10Mənbələr