AZ

İran XİN: ABŞ-nin Hörmüz boğazını blokadaya alması atəşkəsin pozulmasına səbəb ola bilər

Bakı, 16 aprel, AZƏRTAC

İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, ABŞ-nin Hörmüz boğazını blokadaya alması atəşkəsin pozulmasına səbəb ola bilər.

AZƏRTAC xəbər verir ki, o, bu barədə Rusiya mətbuatına müsahibəsində danışıb.

Onun sözlərinə görə, Tehran ABŞ-nin məhdudlaşdırıcı tədbirlərini beynəlxalq hüququn pozulması kimi qiymətləndirir.

Diplomat əlavə edib ki, vəziyyət daha da gərginləşəcəyi təqdirdə İran silahlı qüvvələri lazımi cavab tədbirlərini görməyə hazırdır.

“Hörmüz boğazının blokadası təxribat xarakterli addımdır... və bu, atəşkəsin pozulmasına səbəb ola bilər”, - deyə o vurğulayıb.

Seçilən
30
1
azertag.az

2Mənbələr