AZ

Gizli yayılan xəstəlik: Hər 6 nəfərdən biri...

Dünyada metabolik disfunksiya ilə əlaqəli steatoz qaraciyər xəstəliyi sürətlə yayılır və artıq qlobal miqyasda ciddi təhlükə kimi qiymətləndirilir.

Publika.az xəbər verir ki, The Lancet Gastroenterology & Hepatology jurnalında dərc olunan araşdırmaya əsasən, hazırda Yer üzündə hər 6 nəfərdən biri bu xəstəlikdən əziyyət çəkir.

Tədqiqat nəticələrinə görə, 1990-cı ildə təxminən 500 milyon insanda qeydə alınan xəstəlik 2023-cü ildə 1,3 milyard nəfərə çatıb. Alimlər proqnozlaşdırır ki, bu rəqəm 2050-ci ilə qədər daha 42 faiz artaraq 1,8 milyarda yüksələcək.

Mütəxəssislər bildirirlər ki, xəstəlik daha çox kişilər arasında yayılıb. Ən yüksək göstəricilər 80-84 yaş aralığında qeydə alınsa da, ümumi say baxımından ən çox xəstə kişilərdə 35-39, qadınlarda isə 55-59 yaş qrupunda müşahidə olunur.

Seçilən
15
publika.az

1Mənbələr