AZ

Ofisə girən kimi halınız pisləşir?“xəstə bina..."

Bakupost portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İşə gələn kimi öskürək, qaşınma, asqırıq və ya başgicəllənmə başlayır, amma çölə çıxan kimi hər şey keçirsə – bu, təsadüf deyil.

Bakupost.az xəbər verir ki, mütəxəssislər bunu “xəstə bina sindromu” adlandırır.

Məlumata görə, bu vəziyyətin əsas səbəbi ofis mühitindəki problemlərdir. Zəif ventilyasiya, rütubət, kif, toz, mebel və təmizləyici vasitələrdəki kimyəvi maddələr, günəş işığının azlığı və hətta otaqların dezinfeksiyası zamanı istifadə olunan toksinlər insan sağlamlığına mənfi təsir göstərir.

Bu amillər bir araya gəldikdə, iş mühitində olan şəxslərdə müxtəlif narahatedici simptomlar yaranır və həmin şəxslər özlərini yalnız ofisdən uzaqlaşdıqdan sonra yaxşı hiss edirlər.

Araşdırmalar göstərir ki, bu sindrom qadınlarda kişilərlə müqayisədə daha çox müşahidə olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
1
www.bakupost.az

2Mənbələr