AZ

İranlı rəsmi: “ABŞ ilə atəşkəsin uzadılması qətiyyən bizim xeyrimizə deyil”

İranda Məsləhət Şurasının üzvü Muhsin Rzayi ABŞ ilə əldə olunan atəşkəsin davamlı olmadığını vurğulayaraq, onun müddətinin uzadılmasının İranın maraqlarına uyğun gəlmədiyini bildirib.

Editor.az xarici mediaya istinadən xəbər verir ki, Muhsin Rzayi ABŞ ilə əldə edilmiş atəşkəslə bağlı açıqlama verib.

İran dövlət televiziyasına danışan Rzayi qeyd edib ki, bu vəziyyət tam mənada atəşkəs deyil, daha çox “hərbi səssizlik” kimi qiymətləndirilməlidir. O, fikrini belə ifadə edib:

“Atəşkəsin uzadılması qətiyyən bizim xeyrimizə deyil. Bu, mənim şəxsi mövqeyimdir. Təzyiqlər ciddi şəkildə artırılmalıdır. Hazırda raket sistemlərimiz düşmən gəmilərinə yönəlib və lazım gələrsə, onların hamısını məhv edə bilərik”.

Keçmiş İnqilab Keşikçiləri Komandanı olan Rzayi əlavə edib ki, atəşkəsin real nəticə verməsi üçün bütün razılaşmaların icra olunması, İranın hüquqlarının tanınması və məsələnin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına çıxarılması vacibdir.

//Gülnarə Abasova, Editor.az

Seçilən
16
editor.az

1Mənbələr