AZ

Nərgiz Məhəmmədinin vəziyyəti kritikdir

İranda həbsdə saxlanılan Güney azərbaycanlı hüquq müdafiəçisi, Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi ürək tutmasından sonra ağır vəziyyətdədir.

News365.az xəbər verir ki, bu barədə Nərgiz Məhəmmədi Fondunun yaydığı məlumatda deyilir.

Bildirilib ki, onun ailə üzvləri və vəkilləri son bir ay ərzində iki dəfə Zəncan həbsxanasında görüş keçiriblər və səhhətinin ciddi şəkildə pisləşdiyini müşahidə ediblər.

Qeyd edilib ki, o, zəif düşüb, solğun görünür və xeyli çəki itirib.

Məlumata görə, Məhəmmədi martın 24-də həbsxanada ürək tutması keçirib. O, hadisədən sonra bir saatdan çox huşsuz vəziyyətdə qalıb və bu müddətdə ona lazımi tibbi yardım göstərilməyib.

Onun qardaşı Həmidrza Məhəmmədi bildirib ki, hadisədən sonra müayinə aparan kardioloq ürək tutmasının qismən həbsxana həkimlərinin təyin etdiyi dərmanlarla bağlı ola biləcəyini deyib.

Eyni zamanda, ailə üzvləri Məhəmmədinin ağır cinayətlərdə ittiham olunan şəxslərlə eyni kamerada saxlanıldığını və dəfələrlə təhdidlərə məruz qaldığını bildirirlər.

Seçilən
6
3
news365.az

4Mənbələr