AZ

Tramp İranı danışıqlara qaytarmağın yeganə yolunu açıqladı



ABŞ prezidenti Donald Tramp bazar ertəsi axşamı Niderland Kralı Villem-Aleksandr və Kraliça Maksima ilə şam yeməyində İrandakı müharibəni mümkün qədər tez bitirmək istədiyini bildirib.
Bu barədə "The Wall Street Journal" qəzeti rəsmilərə istinadən məlumat verir.

Qəzetin mənbələri bildirib ki, Tramp kral ailəsinə və Hollandiya rəsmilərinə Tehranı danışıqlar masasına qaytarmağın yeganə yolunun təzyiqi artırmaq olduğunu deyib.

Hollandiya hökuməti əvvəllər Amerika liderinə İran limanlarını blokada etməkdə kömək etməkdən imtina etmişdi. Baş nazir Rob Cetten Ağ Evə bildirib ki, Avropa müttəfiqləri Hörmüz boğazını təmin etmək üçün beynəlxalq koalisiya yaradacaqlar, lakin bu, yalnız döyüşlər bitdikdən sonra baş verəcək. Cetten qeyd edib ki, şam yeməyi "bir-birini inandırmaq üçün çox qısa, lakin bir-birinin mövqeyini daha yaxşı başa düşmək üçün kifayət qədər uzun idi".

Nəşrin məlumatına görə, Amerika prezidenti blokadada iştirak edəcək "digər ölkələri" elan edəcəyinə söz versə də, onlardan heç biri könüllü olmayıb və bir çoxları tamamilə imtina edib. O üzdən, söhbətdən bir neçə gün keçsə də, iştirakçı ölkələrin vəd edilmiş siyahısı hələ də ortaya çıxmayıb.

"Blokada qüsursuz və digər ölkələrin köməyi olmadan həyata keçirilir, çünki dünyanın ən güclü donanmasına sahibik və İran donanması dənizin dibindədir", - Ağ Evin mətbuat katibi Kerolin Levit eyni zamanda bildirib.
SAMİRƏ

Seçilən
18
baki-xeber.com

1Mənbələr