AZ

İran: Blokada davam etsə, Qırmızı dənizi bağlayacağıq!

Yazını böyüt
Yazını kiçilt

İran ordusu, ABŞ İran limanlarına qarşı dəniz blokadasını davam etdirəcəyi təqdirdə, Qırmızı dəniz, eləcə də Fars körfəzi və Oman körfəzi vasitəsilə ticarəti bloklamaqla hədələyib.

Hafta.az yazır ki, İran dövlət televiziyasında yayımlanan açıqlamada Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının komandanı Əli Əbdüllahi deyib: “İslam Respublikasının güclü silahlı qüvvələri Fars körfəzi, Oman körfəzi və Qırmızı dənizdə ixrac və idxalın davam etməsinə icazə verməyəcək”.

“Əl-Cəzirə”nin məlumatına görə, bəyanatda həmçinin İranın “milli suverenliyini və maraqlarını müdafiə etmək üçün qətiyyətlə hərəkət edəcəyi” vurğulanıb.

ABŞ, həftəsonu Pakistanda keçirilən nəticəsiz danışıqlardan sonra bazar ertəsindən bəri İran limanlarına dəniz blokadası tətbiq edir. Lakin, çərşənbə axşamı açıqlanan dəniz nəqliyyatı məlumatları göstərir ki, İran limanlarından yola düşən bəzi gəmilər blokadaya baxmayaraq Hörmüz boğazını keçib.

Tasnim Xəbər Agentliyi mənbələrə istinadən ölkənin cənub limanlarından yük daşınmalarının davam etdiyini bildirib. Hesabatda bildirilir ki, son 24 saat ərzində İranın ticarət gəmiləri dünyanın müxtəlif yerlərinə yola düşüb.

Seçilən
24
hafta.az

1Mənbələr