AZ

Selena Qomez və Demi Lovato 10 ildən sonra ilk dəfə bir araya gəldi

Amerikalı müğənnilər Selena Gomez və Demi Lovato 10 ildən sonra ilk dəfə yenidən görüşüblər.

Editor.az xəbər verir ki, bu barədə People jurnalına istinadən məlumat yayılıb.

Selena Qomez Demi Lovatonun Orlandoda keçirilən “It’s Not That Deep” turnesinin açılış tədbirində ona dəstək olmaq üçün iştirak edib. Müğənninin müxtəlif şəhərlərdə planlaşdırılmış 18 konserti nəzərdə tutulur.

Bu görüş keçmiş dostlar üçün 10 ildən sonra baş tutan ilk görüş olub. Onlar tünd rəngli geyimlərdə bir-birilərinə sarılaraq foto çəkdiriblər.

//Gülnarə Abasova, Editor.az

Seçilən
23
editor.az

1Mənbələr