AZ

Türkmənistan və Çin Orta Dəhlizi müzakirə etdi

BAKI, 16 aprel. TELEQRAF

Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov Aşqabadda Çin Dövlət Şurasının birinci vitse-prezidenti Din Xuesyanla görüşüb.

Teleqraf xəbər verir ki, tərəflər Türkmənistan-Çin strateji əməkdaşlığının hazırkı vəziyyəti və perspektivlərini müzakirə ediblər.

Tərəflər əməkdaşlığın siyasət və iqtisadiyyatdan tutmuş nəqliyyat, enerji və humanitar sahələrə qədər geniş sektorları əhatə etdiyini təsdiqləyiblər.

Enerji sahəsində tərəfdaşlığa xüsusi diqqət yetirilib.

Çinin “Bir Kəmər, Bir Yol” (Orta Dəhliz) təşəbbüsü və İpək Yolunun dirçəliş strategiyasının uyğunlaşdırılması çərçivəsində nəqliyyat və logistika sahələrində əməkdaşlıq perspektivləri də müzakirə edilib. Ticarət, tekstil, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində əməkdaşlığın genişləndirildiyi bildirilib.

Seçilən
3
teleqraf.com

1Mənbələr