BAKI, 16 aprel. TELEQRAF
2026-cı ilin yanvar-mart aylarında Azərbaycandan Ermənistana 5 milyon 757.48 min ABŞ dolları həcmində məhsul ixrac olunub.
Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ölkənin ümumi ixracının 0,11 faizini təşkil edib.
Hesabat dövründə Ermənistandan Azərbaycana idxalın dəyəri 960 dollar təşkil edib.